Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

Xəbərlər

09.12.2025 - 22:21

Ərizəçilərdən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur

"Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır". AYNA.AZ xəbər verir ki, bu barədə TKTA-dan bildirilib.

Qeyd olunub ki, qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.

Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş