Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Cəmiyyət

25.12.2020 - 17:42

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyi məlumat yayıb 

 

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb.

 

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş