3 avtomat, 2 qumbara, 9 patron darağı və 60 müxtəlif çaplı patron götürülüb
Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən üç avtomat silahı, iki qumbara, doqquz patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.