Daxili İşlər Nazirliyi məlumat yayıb
Xankəndidə silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİM) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da Xankəndi şəhəri ərazisində üç ədəd müxtəlif markalı avtomat silahı, bir ədəd tüfəng, 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1 988 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.