Xameneyi xalqa müraciət edib

Dünya

09.01.2026 - 16:41

“Bəzi iğtişaşçılar dövlət əmlakına zərər vurmaqla ABŞ Prezidentini razı salmağa çalışır”

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi xalqa müraciət edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Xameneyi iranlı gənclərini birliyə və hazırlıqlı olmağa çağırıb.

“Bəzi iğtişaşçılar dövlət əmlakına zərər vurmaqla ABŞ Prezidentini razı salmağa çalışır. Amerikanın əli  günahsız insanlar da daxil olmaqla 1000-dən çox iranlının qanı ilə ləkələnib”, - deyə Ali Rəhbər qeyd edib.

 “Tramp bilməlidir ki, firon, Nəmrud, Rza şah və Məhəmməd Rza kimi tiranlar öz təkəbbürlərinin zirvəsində olarkən devrilmişlər. O da devrilə bilər” – Xameneyi müraciətində əlavə edib.

Ali Rəhbər söyləyib ki, İran “sarsılmazdır və öz prinsiplərindən geri çəkilməyəcək”.

Xameneyi İran dövlətinin etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş