Xameneyi xalqa çağırış etdi: “Hər şeyə hazır olmalıyıq”

Dünya

08.01.2020 - 12:39

Həkimlər Klinikalar SEO Xidməti

Ali dini lider: “Böyük qarşıdurmada köməyə ehtiyacımız var”

 

“Gücümüz sadəcə hərbi istiqamətdən ibarət deyil. İran xalqı bütövlükdə və hər sahədə səfərbər olmağa hazırdır”.

 

AYNA xəbər verir ki, bu açıqlamanı İranın Ali dini lideri Əli Xameneyi verib. O, İran tərəfdən İraqdakı Amerika hərbi bazalarına raket zərbələri endirilməsini inqilab kimi dəyərləndirib: “Gördüyümüz kimi, bu gün böyük bir hadisə baş verdi. Əslində buna inqilab da demək olar. Dünya sarsıldı və bölgənin tarixi dəyişdi. Bu qarşıdurmada böyük köməyə ehtiyacımız var”.

 

“Bu gün insanlar hər şeyə şahid oldular. Əlbəttə, İranda bəzi insanların avadanlıqları var, ancaq hərbi təcrübələri yoxdur. Lakin bundan istifadə edə bilərlər. Çünki onlar da bir inanca sahib və sadiqdirlər. Əsas olan imanla yaşamağa davam etməkdir. Bu gün həmin sədaqətli insanların əksəriyyətindən narazı deyilik, amma yenə də diqqətli olmalıyıq”, - deyə dini rəhbər əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş