Xalq artistinin dəfni ilə bağlı araşdırma aparılacaq

Xəbərlər

12.06.2020 - 18:35

cedabet dərman SEO Xidməti

“Koronavirusdan vəfat edənlərin dəfnində minumum adam iştirak etməli, məsafə qorunmalıdır”

 

“Yaxınları inkar edə bilərlər, amma Xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib”. AYNA bildirir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

 

TƏBİB rəsmisi bildirib ki, ümumiyyətlə dəfn mərasimlərində az sayda insanlar iştirak etməlidir: “Koronavirusdan vəfat edənlərin dəfnində minumum adam iştirak etməli, məsafə qorunmalıdır. Əgər T.Mustafayevin yaxınları insanlara səhv məlumat verirsə, dəfn adi qaydada aparılırsa, bu barədə müvafiq qurumlar araşdırma aparacaq. Yəqin ki, müvafiq ölçülər götürüləcək”.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş