Meşal hərəkatın müvəqqəti rəhbəri vəzifəsini öz üzərinə götürüb
Fələstinin HƏMAS hərəkatının xarici ofisinin rəhbəri Xalid Meşal təşkilatın yeni rəhbəri olub. AYNA xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Bildirilib ki, bu, İsrail ordusunun HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarı öldürməsindən sonra baş verib.
Qeyd olunub ki, Xalid Meşal hərəkatın müvəqqəti rəhbəri vəzifəsini öz üzərinə götürüb və hazırda girovların azad edilməsi üçün danışıqlarda iştirak edən əsas tərəflərlə bütün əlaqələrə cavabdehdir.