Xaçmazda obyekt yanıb

Hadisə

29.09.2025 - 17:24

Bitişik sexlər yanğından mühafizə olunub

Xaçmaz şəhərində obyekt yanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, şəhərdə bir dam altında tikilən ümumi sahəsi 350 m² olan 7 ədəd müxtəlif növ obyektlərdən sahəsi 30 m² olan obyektin yanar konstruksiyaları yanıb.

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş