Xaçmazda əməliyyat: külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Xəbərlər

28.08.2024 - 10:41

cedabet dərman SEO Xidməti

Əməliyyat zamanı üç nəfər rayon sakini saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.

Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb.

Ondan iki ədəd tapança, bir ədəd patron darağı və yeddi ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş