"WhatsApp" Rusiyada tamamilə bloklanacaq. AYNA.AZ bildirir ki, bu barədə “Roskomnadzor”dan bildirilib.
Agentlik qeyd edib ki, messencer Rusiyada terror hücumlarını təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, eləcə də Rusiya vətəndaşlarına qarşı fırıldaqçılıq və digər cinayətlər üçün istifadə olunur.
RKN-in məlumatına görə, messencer Rusiyada cinayətlərin qarşısının alınması və onlarla mübarizə aparmaq üçün tələblərə əməl etmir, buna görə də agentlik WhatsApp-a qarşı davamlı olaraq məhdudlaşdırıcı tədbirlər tətbiq edir. RKN messencerə məhdudiyyətlər tətbiq etməyə davam edəcəyini vurğulayır.
Roskomnadzor qeyd edib ki, "WhatsApp"a qarşı məhdudlaşdırıcı tədbirlər mərhələli şəkildə tətbiq olunur və bu da istifadəçilərə digər messencerlərə keçməyə imkan verir. Agentlik milli xidmətlərə keçməyi tövsiyə edir.