"Onlar bizə hücum etmək üçün ittifaq qururlar”
“İki NATO ölkəsi - Xorvatiya və Albaniya - qismən tanınmış Kosovo Respublikası ilə yanaşı, Serbiyaya da hücum etməyə hazırlaşır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç RTS-ə verdiyi müsahibədə deyib.
"Onlar bizə hücum etmək üçün ittifaq qururlar. Onlar avropalılar və ruslar arasında böyük bir münaqişəni və Yaxın Şərqdə daha böyük bir münaqişənin gedişini gözləyirlər. Düşünürəm ki, onlar dünyada xaosun başladığı doğru anı gözləyirlər", - deyə o bildirib.
Vuçiç həmçinin Serbiyanın 200-400 kilometr məsafədəki hədəfləri vura bilən CM-400 hipersəs hava-yer ballistik raketlərinə sahib olduğunu bəyan edib. O həmçinin bildirib ki, Belqrad heç kimə hücum etmək niyyətində deyil.