ABŞ Prezidentinin xüsusi nümayəndəsi Qəzzaya səfər edib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bəyan edib ki, o, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə birlikdə İsrailin atəşkəs razılaşmasına əməl etdiyini yoxlamaq məqsədilə oktyabrın 11-də Qəzza zolağına səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə Vitkoff “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Sazişə əməl olunduğunu yerində yoxlamaq üçün bu gün Qəzza zolağına səfər etdik. Bizə təhlükəsizlik, humanitar və münaqişələrin qarşısının alınması səyləri barədə ətraflı hesabatlar təqdim olundu”, – deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.