“Bu, saxta xəbərlər seriyasının yalnız sonuncusudur"
ABŞ dövlət katibi Marko Rubio vitse-prezident J.D. Venslə Ukraynadakı müharibənin sona çatması ilə bağlı fərqli mövqelər üzərində fikir ayrılığına dair xəbərləri təkzib edib. AYNA.AZ xəbər verir ki, dövlət katibi bu barədə sosial media platforması “X”də bildirib.
Qeyd edək ki, NBC rəsmilər arasındakı fikir ayrılığı barədə məlumat yayıb. Qeyd olunur ki, vitse-prezident Kiyevə təzyiqi artırmağın zəruri olduğunu, Rubio isə Moskvaya təzyiqi artırmağın zəruri olduğunu düşünür.
Dövlət katibi məqaləni uydurma adlandırıb: "Bu yazı Ukraynadakı müharibənin necə sona çatacağı ilə bağlı Tramp administrasiyası daxilində fikir ayrılığı olduğunu iddia edən tamamilə saxta xəbərlər seriyasının yalnız sonuncusudur".
Vens Rubionun şərhlərini təkrarlayaraq, medianı Trampın planlarını pozmaq üçün yalan danışmaqda günahlandırıb.