ABŞ-ın vitse-prezidenti Macarıstan-Amerika Dostluq Günü münasibətilə mitinqə qoşulacaq
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 7 apreldə Budapeştə səfəri zamanı Macarıstan Baş naziri Viktor Orbanın seçki kampaniyası mitinqində iştirak və çıxış edəcək.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Vens bu günlərdə Macarıstana səfər edəcək. Səfər Macarıstan parlament seçkilərindən bir neçə gün əvvəl baş tutacaq.
ABŞ vitse-prezidentinin Budapeştdə Macarıstan Baş naziri ilə birgə mətbuat konfransı keçirməsi gözlənilir.
Mediada yayılan məlumatlara görə, bundan sonra Orban MTK Sportpark kompleksində "böyük" seçki kampaniyası mitinqi keçirəcək. Vens Macarıstan-Amerika Dostluq Günü münasibətilə mitinqə qoşulacaq.