ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.
AYNA.AZ xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında paylaşım edib.
“Fevral ayında vitse-prezident Vens sülh səylərimizi inkişaf etdirmək və beynəlxalq sülh və rifah üçün Tramp marşrutunu irəli aparmaq üçün hər iki ölkəyə səfər edəcək”, – o əlavə edib.