Venesuela Prezidentinə qarşı narkoterror ittihamı irəli sürülüb

Dünya

03.01.2026 - 19:16

ABŞ-ın baş prokuroru Maduronun həbsi ilə bağlı açıqlama verib

Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Pamela Bondi “X” sosial şəbəkəsində yazıb.

Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.

“Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, – o vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş