Azadlığa buraxılanların çoxu keçmiş Prezident Nikolas Maduronun əleyhdarlarıdır
Venesuelada ən azı 104 siyasi məhbus azadlığa buraxılıb. AYNA.AZ-ın məlumatına görə, Almaniyanın DW media orqanı “Foro Penal” QHT-nin direktoru Alfredo Romeronun açıqlamasına istinadən bildirib ki, azadlığa buraxılanların çoxu keçmiş Prezident Nikolas Maduronun əleyhdarlarıdıtr.
"Biz digər həbsxanadan azad edilənləri yoxlamağa davam edirik. Hökumət azad edilənlərin siyahılarını dərc etsəydi, ideal olardı", - Romero deyib.
O əlavə edib ki, azadlığa buraxılan məhbusların çoxu 2024-cü il seçkilərinə qarşı keçirilən və bir çoxlarının saxtakarlıq hesab etdiyi etirazlar zamanı saxlanılan Maduronun əleyhdarlarıdır.
“Foro Penal”ın məlumatına görə, 19 yanvar tarixinə olan məlumata görə, Venesuelada 777 siyasi məhbus var idi. Bildirilib ki, 8 yanvardan bəri 143 məhbus azadlığa buraxılıb.
Karakas dekabr ayından bəri 626 məhbusun azadlığa buraxıldığını açıqlayıb. Lakin QHT bu rəqəmin təxminən yarısının həmin müddət ərzində azadlığa buraxıldığını təsdiqləyib.
Venesuela müxalifəti və insan haqları qrupları azadlığa buraxılma prosesini çox yavaş getdiyinə görə tənqid ediblər.