ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər
ABŞ yaxın vaxtlarda dənizdə tankerlərdə olan İran neftinə qarşı sanksiyaları ləğv edə bilər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın xəzinədarlıq naziri Skott Bessent deyib.
Nazir qiymətləri aşağı saxlamaq üçün istifadə edilə biləcək təxminən 140 milyon barel İran neftinin dənizdə tankerlərdə olduğunu bildirib.