Ramin Bayramlı Operativ Qərargahın brifinqində vaksinlərlə bağlı danışıb
“İlkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulur. Dünyada da bu təcrübədən istifadə edilir”.
AYNA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.