"İsveçdə meymunçiçəyinin daha yoluxucu variantının müəyyən edilməsi, ölkələrin ona qarşı birgə işləməsinin vacibliyini göstərir"
"İsveçdə meymunçiçəyi virusunun daha yoluxucu bir variantının müəyyən edilməsi, ölkələrin ona qarşı birgə işləməsinin vacibliyini göstərir". AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus “X” hesabında yazıb.
O, bütün ölkələri nəzarəti gücləndirməyə, məlumat paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək, peyvəndləri bölüşmək və epidemiyanın həlli üçün beynəlxalq narahatlıq doğuran fövqəladə hallardan öyrənilmiş dərsləri tətbiq etmək üçün birlikdə işləməyə çağırıb.