Dünyada COVID-19-a yoluxma halları bir həftə ərzində 3 faiz artıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən dünyada ötən həftə 2.68 milyondan çox koronavirusa yoluxma və 54 minə yaxın ölüm halı qeydə alınıb.
AYNA-nın xarici mediaya istinadən məlumatına görə, ÜST-nin epidemiya ilə bağlı həftəlik bülletenində deyilir ki, əvvəlki yeddi günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz artıb. Ölüm nisbəti isə 7 faiz azalaraq keçən ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə çatıb.
ÜST bülleteninə görə, Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabr ayından bu yana mütəxəssislər tərəfindən tanınan, yüksək dərəcədə yoluxucu olduğu ilə fərqlənən koronavirusun “Delta” ştamının digər variantlarının tez bir zamanda üstələyəcəyi və yaxın aylarda üstünlük təşkil edəcəyi gözlənilir. ÜST xəbərdarlıq edib ki, Avropada “Delta” variantı avqust ayının sonuna qədər yeni yoluxmaların 90 faizini təşkil edəcək.