ÜST Azərbaycan hökumətinə COVID-19-la bağlı tövsiyələr verib

Xəbərlər

31.07.2020 - 15:45

cedabet dərman SEO Xidməti

Hande Harmancı: ““Missiyanın hesabatı bir neçə həftədən sonra tam şəkildə hazır olacaq”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün Azərbaycan hökuməti ilə brifinq keçirib. AYNA xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

 

Harmancı qeyd edib ki, hökumətə ilkin tövsiyələr verilib: “Missiyanın hesabatı bir neçə həftədən sonra tam şəkildə hazır olacaq. Həmin sənəd qiymətləndirmənin ətraflı təsvirini, ÜST-ün lazım olduqda əlavə yardım göstərə bilməsi ilə bağlı məlumatlarını və tövsiyələrini özündə ehtiva edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş