Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycana gəlib

Xəbərlər

09.03.2020 - 12:09

cedabet dərman SEO Xidməti

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Bu barədə AYNa-ya ÜST-ün Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, nümayəndə heyətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi və digər qurumlarla görüşü nəzərdə tutulur.

 

Xatırladaq ki, Azərbaycan Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş