İqbal Ağazadə seçkilərdə İlham Əliyevi dəstəkləyəcək
Ümid Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb. AYNA-nın xəbərinə görə, partiyadan verilən açıqlamada qeyd edilib ki, Ümid Partiyası prezident seçkilərində hazırki Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.
Qeyd edilib ki, baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib: “Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır. Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqəsədəuyğun hal olardı”.