Ukraynalı keçmiş deputat dövlət çevrilişində ittiham edilir

Dünya

18.08.2023 - 17:30

cedabet dərman SEO Xidməti

Kiva hökumətə qarşı zorakılıq təbliğatı və konstitusiya quruluşunu devirməyə çağırışlarla ittiham olunur

Ukrayna Dövlət Təhqiqatlar Bürosu Ali Radanın keçmiş deputatı İlya Kivaya qarşı ittiham irəli sürüb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, sabiq deputat hökumətə qarşı zorakılıq təbliğatı və konstitusiya quruluşunu devirməyə çağırışlarla ittiham olunur.

“İlya Kiva çoxsaylı nəşrlərdə ictimaiyyət üçün hazırkı Ukrayna hökumətindən düşmən obrazı yaradıb ki, bu da aqressiyanın yaranmasına səbəb olur”, Büronun açıqlamasında qeyd edilib.

Bildirilib ki, Kiva Ukrayna cəmiyyətində hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırmaqla yanaşı, Ukrayna auditoriyasını hökuməti dəstəkləyən Ukrayna vətəndaşlarına qarşı qızışdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş