Ukraynalı deputatın söz azadlığı barədə dedikləri cəmiyyətdə narazılıq yaratdı

Dünya

10.01.2024 - 12:01

cedabet dərman SEO Xidməti

Oleq Dunda fikirlərinin böyük rezonans doğurmasına təəccüblənib

“Müharibə zamanı ölkədə söz azadlığı olmamalıdır”. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu sözləri Ali Radanın “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Oleq Dunda deyib.

“Bütün media ölkə və qələbə üçün çalışmalıdır", - Dunda vurğulayıb.

Deputatın bu sözləri cəmiyyətdə qızğın müzakirələrə səbəb olub.

Daha sonra deputat dedikləri ilə bağlı açıqlama verib, fikirlərinin belə böyük rezonans doğurmasına təəccübləndiyini bildirib. Onun fikrincə, bütün media silahdır və Rusiya bu vasitədən Avropaya və Ukraynaya hücum etmək üçün səmərəli istifadə edir: “Ona görə də təbliğat ümumi qələbə üçün olmalıdır. Ümumiyyətlə, hərbi vəziyyət zamanı söz azadlığına məhdudiyyətlər konstitusiya və Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulub".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş