Yaralanan 10 mədən işçisi xəstəxanaya yerləşdirilib
Ukraynanın Donetsk vilayətinin Udaçnoye kəndindəki “Pokrovskoye” mədənində partlayış baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Partlayış nəticəsində 10 mədən işçisi yaralanıb. Onların hamısı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Bir mədənçinin aldığı xəsarətlərdən dünyasını dəyişdiyi qeyd edilir.
Partlayış bu gün təxminən saat 05:12 radələrində baş verib. Hadisə yerində hərbiləşdirilmiş dağ xilasetmə dəstəsinin bir qolu işləyir.