Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

Dünya

17.05.2022 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik təşkilatın fəaliyyətinin ölkədə qadağan edilməsi ilə bağlı məhkəmə qərarını qəbul edib

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edilib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib. 

Nazir bildirib ki, Ədliyyə Nazirliyi 7 il davam edən prosedurlardan sonra ötən həftə Kommunist Partiyasının fəaliyyətinin ölkədə qadağan edilməsi ilə bağlı məhkəmə qərarını qəbul edib.

"Kommunist ideologiyasının və simvolikasının qadağan edilməsi ilə bağlı qanun 2015-ci ildə qəbul edildi. Amma Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi prosesi sürətlə aparılmadı. Nəhayət ki, ötən həftə məhkəmə qərarı qəbul olundu", - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş