Ukraynada azərbaycanlı nazir müavini təyin olunub

Dünya

27.09.2024 - 22:36

Timur Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub

Ukraynada icmaların və ərazilərin inkişafı naziri müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.

AYNA-nın “Report”a istinadən məlumatına görə, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.

T. Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F. Məmmədov 2023-cü ildə vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş