Ukrayna silah ixracına qoyulan qadağanı ləğv etməyi planlaşdırır

Dünya

09.10.2024 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudiyyətin aradan qaldırılması Ukrayna istehsalçılarına 20 milyard dollara qədər gəlir gətirə bilər

Ukrayna orduda vəsait çatışmazlığı səbəbindən sursatların, eləcə də pilotsuz uçuş aparatlarının (PUA) ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı düşünür. AYNA xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Qeyd olunub ki, məhdudiyyətin aradan qaldırılması Ukrayna istehsalçılarına 20 milyard dollara qədər gəlir gətirə bilər. Bu amil də PUA istehsalının artmasına səbəb olacaq.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ qoşunlarının Avropadakı baş komandanı Kristofer Kavoli Ukraynanın hərbi ehtiyaclarının siyahısını açıqlamışdı. Onun sözlərinə görə, hazırda bu dövlətin ordusuna JASSM hava-yer tipli raketləri, həmçinin “Link 16” rəqəmsal rabitə sistemini göndərmək lazımdır. Siyahı artıq ABŞ Konqresinə təqdim olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş