Ukrayna Rusiya qoşunlarının Krım və Donbasdan çıxarılmasını tələb edib
Ukrayna nümayəndə heyəti Belarusda Rusiya tərəfi ilə danışıqlar zamanı bütün rus qoşunlarının ölkələrinin ərazisindən çıxarılmasını tələb edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ukrayna nümayəndə heyəti rus qoşunlarının bütün ölkə ərazisindən, o cümlədən Krım və Donbasdan çıxarılmasını tələb edib.