Ukrayna Qroznıya zərbə endirib

Dünya

08.05.2026 - 10:59

Hərbi hissələrə dron zərbəsi endirilib

Ukrayna ordusu Rusiyanın Qroznı şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib. AYNA.AZ xəbər verir ki, Ukraynanın “Exilenova+” “Telegram” kanalı hücum anının əks olunduğu iddia edilən videogörüntülər yayıb.

Məlumata görə, ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci qvardiya motoatıcı diviziyasının ərazisinə düşüb.

Digər PUA-nın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş