General-polkovnik Ruslan Xomçak özünü təcrid rejimindədir
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak koronavirusa yoluxub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Boqdan Senik məlumat verib.
Onun bildirdiyinə görə, Baş Qərargah rəisinin test cavabı iki həftə əvvəl müsbət çıxıb.
“General-polkovnik Ruslan Xomçakın vəziyyəti indi qənaətbəxşdir. Özünü təcrid vəziyyətində saxlayır”.
Qeyd edək ki, son sutkada Ukrayna Silahlı Qüvvələrində COVID-19-a 44 yeni yoluxma halı aşkarlanıb. Bununla da orduda yoluxanların sayı 643-ə yüksəlib. Pandemiya başlayandan bu yana orduda 1440 nəfər koronavirusdan sağalıb, altısı ölüb.
Ukraynada ümumilikdə virusa 145 mindən çox virusa yoluxma qeydə alınıb.