“Military Watch Magazine”: Ukrayna Silahlı Qüvvələrinin artilleriyası atəşi 60-80 faiz azaldıb
Ukrayna Silahlı Qüvvələrinin artilleriyası sursat çatışmazlığı səbəbindən atəş sürətini altmış-səksən faiz aralığında azaldıb. AYNA xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.
“Ukraynada silah-sursat xərclərinin səviyyəsi ölkənin Qərb tərəfdaşlarının istehsal imkanlarını xeyli üstələyib. Qərb kəşfiyyat orqanları “qara bazar”larda yeni təchizat tapmaqda müəyyən uğur qazansalar da, NATO üzvü olan ölkələrdə silah-sursat ehtiyatlarının kritik tükənməsi çox ciddi problemlərə gətirib çıxarıb”, - nəşrdə qeyd olunub.
Məqalə müəllifləri əsas səbəblər arasında İsrailin HƏMAS qruplaşması ilə müharibəsini göstərir və ABŞ silahlarının bir hissəsini Təl-Əvivə yönləndirməli olduğunu bildirirlər. Bundan əlavə, onlar Ukrayna Silahlı Qüvvələrinin xərclərini ödəmək üçün Qərb ölkələrinin hərbi-sənaye kompleksinin ümumi çətinliyinə diqqət çəkirlər.