Ukrayna ilə bağlı üçtərəfli danışıqlar təxirə salınıb

Dünya

10.03.2026 - 10:39

“Hazırda tərəfdaşlarımızın prioriteti və bütün diqqəti İran ətrafındakı vəziyyətə yönəlib”

Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında bu həftə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar Amerika tərəfinin təklifi ilə təxirə salınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook”da yazıb.

"Danışıq qrupumuzla görüş keçirdim. Amerika tərəfi ilə 24/7 virtual ünsiyyətdə olmağımız vacibdir. Hazırda tərəfdaşlarımızın prioriteti və bütün diqqəti İran ətrafındakı vəziyyətə yönəlib və bu səbəbdən Amerika tərəfinin təklifi ilə bu həftə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. Lakin Ukrayna istənilən vaxt müharibənin bitməsi baxımından faydalı və real ola biləcək formatda görüşməyə hazırdır", - deyə dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, görüş zamanı komanda kəşfiyyat fəaliyyəti vasitəsilə məlum olan Rusiyanın planları barədə məlumat verib: "Mən komandama Amerika danışıqçıları ilə yenidən əlaqə saxlamağı tapşırdım ki, birincisi, təhlükəsizlik üçün strateji əməkdaşlığa, xüsusən də hücum dronlarına qarşı müdafiəyə hazır olduğumuzu təsdiqləsinlər, ikincisi, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün mənalı şəkildə işləməyə sadiq olduğumuzu təsdiqləsinlər".

Prezidentin sözlərinə görə, “Rusiya hazırda Yaxın Şərq və Körfəz bölgəsindəki vəziyyəti manipulyasiya edərək öz təcavüzlərini daha da artırmağa, eləcə də İran rejiminin qonşularına və Amerika bazalarına zərbələrini Rusiyanın Ukraynaya və daha geniş şəkildə bütün Qərbə qarşı müharibəsində faktiki olaraq ikinci cəbhəyə çevirməyə çalışırlar”.

"Buna qətiyyən icazə verilə bilməz. Şərlə koordinasiya etmək imkanı verilməməlidir", - deyə Zelenski yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş