Ukrayna əhalisinin dörddə biri qaçqın həyatı yaşayır

Dünya

03.07.2023 - 12:16

Britaniya kəşfiyyatı: Qaçqınların yarısı xaricə gedib, qalanları isə məcburi köçkündür

Hər dörd ukraynalıdan biri rus hərbi işğalı səbəbindən evini tərk etmək məcburiyyətində qalıb. AYNA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu yaxınlarda Ukrayna hakimiyyəti məlumat verib ki, 2022-ci ilin iyulundan bəri Donetsk, Xarkov və Xerson vilayətlərinin 139 min sakini döyüş bölgələrindən təxliyə edilib.

Britaniya kəşfiyyatı qeyd edib ki, bu, Ukrayna xalqının başına gətirilən faciənin yalnız kiçik bir hissəsidir.

"BMT-nin hesablamalarına görə, 6,3 milyon ukraynalı qaçqın və beş milyondan çox məcburi köçkün həyatı yaşayır. Müharibədən əvvəlki 44 milyon əhalisi olan Ukraynanın əhalisinin dörddə biri Rusiyanın işğalı nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb", - məlumatda vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, indi Ukraynaya qayıdıb-qayıtmamaq hər bir ukraynalı qaçqının müstəqil qərarıdır. Prezident müharibə başa çatdıqdan sonra bütün qaçqınların öz evlərinə qayıdacaqlarına əmin olduğunu bildirib.

Bu arada, rəsmilər xəbərdarlıq edib ki, Ukraynanın müharibədən sonrakı bərpa planı demoqrafik göstəricilərə əsaslanacaq. Müəyyən bir bölgə üçün bərpa proqramı əslində orada neçə nəfərin qaldığını və neçə nəfərin qayıtmağa hazır olduğunu nəzərə alacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş