Ukrayna baş nazirinin müavini hərbi əsirlərin sayını açıqlayıb

Xəbərlər

23.06.2022 - 09:21

İrina Vereşçuk: Çox sayda hərbi əsirimiz olsa da, Rusiya onların hamısını təsdiq etmir

Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk əsirlikdə olan hərbçilərin sayını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda 2 minə yaxın ukraynalı əsgər əsirlikdədir.

"Hərbi əsirlərə gəlincə, həqiqətən də bizim reyestrimizdə çoxlu sayda hərbi əsirimiz var. Amma deməliyəm ki, Rusiya onların hamısını təsdiq etmir. Bu günə kimi 2 minə yaxın əsirimiz var” , - deyə İrina Vereşçuk bildirib.

Müəllif: Ayna.az