Ukrayna Avropa İttifaqı ilə kredit sazişi imzalayıb

Dünya

04.12.2024 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Kiyevə 35 milyard avro ayrılacaq

Ukraynanın maliyyə naziri Sergey Marçenko Kiyevə 35 milyard avro makromaliyyə yardımı ayrılması üçün Avropa İttifaqı ilə kredit sazişi imzalayıb.

AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında Anlaşma Memorandumu da imzalanıb.

Vəsait G7 ölkələrinin təşəbbüsü çərçivəsində Ukrayna üçün fövqəladə gəlirlərin sürətləndirilməsi kreditləri proqramı çərçivəsində ayrılacaq.

Müəllif: Ayna.az