Ucarda ana doğuşdan sonra dünyasını dəyişib

Xəbərlər

30.10.2021 - 00:37

Həkimlər Klinikalar SEO Xidməti

Ananın həyatını xilas etmək mümkün olmayıb

Ucarda ana ölümü baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, 1989-cu il təvəllüdlü Gülnar Mirzə qızı Mehdiyeva doğuşla bağlı gündüz saat 13 radələrində Ucar Mərkəzi Rayon Xəstəxanasına qəbul edilib. 

Uşaq keysəriyyə əməliyyatı ilə götürülüb. İki dəfə əməliyyat olunmasına baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. O, 22 radələrində xəstəxanada dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş