Ucarda 134 kiloqram yararsız ət aşkarlanıb

Xəbərlər

23.12.2021 - 15:47

Həkimlər Klinikalar SEO Xidməti

Ümumi çəkisi 129 kiloqram olan ət isə möhürlənərək saxlanca qoyulub

Ucar rayonunda Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Rzayev Elzamin Niyazi oğluna məxsus 20 EF 816 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerinə baxış keçirib.

DİN-dən AYNA-ya verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində açıq halda 4 hissəyə bölünmüş, mənşəyi məlum olmayan, ümümi çəkisi 134 kq möhürsüz ət aşkarlanıb.

Orqanoleptik baxış zamanı istehlaka yararsız olmasına əsaslı şübhələr yaranmış ətdən nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Ümumi çəkisi 129 kq olan ət isə möhürlənərək saxlanca qoyulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş