“Twitter” 32 mindən çox hesabı bloklayıb

Dünya

12.06.2020 - 11:51

Bloklanan hesablar üç ölkənin hökumət orqanları ilə əlaqəli olub

 

“Twitter” mikrobloq servisinin administrasiyası Çin, Türkiyə və Rusiyadan olan istifadəçilərə aid 32 mindən çox hesabı bloklayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

“Twitter”in rəsmi saytında yerləşdirilən məlumatda bildirilib ki, 32 min 242 hesab bağlanıb, onların yayımladığı bütün materiallar silinib.

 

Sosial şəbəkə qeyd edib ki, bloklanan hesablar üç ölkənin hökumət orqanları ilə əlaqəli olub və onların sahibləri “məlumat əməliyyatları”nda iştirak ediblər.

 

“Biz hesab edirik ki, hesab sahibləri qaydaları pozublar”, - deyə “Twitter”dən bildirilib.

Müəllif: Ayna.az