ABŞ-da yaşayan türk əsilli vətəndaşlar bununla bağlı qubernatora müraciət də ediblər
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gevin Nevsom, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanı öldürən erməni terrorçu Hampiq Sasunyanın şərti olaraq sərbəst buraxılması ilə bağlı son qərarı verəcək.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yaşayan türklər bununla bağlı qubernatora müraciət ediblər. Onlar Nevsomdan Sasunyanın azadlığa buraxılmamasını tələb ediblər.
Bununla yanaşı, Amerikanın türk əsilli vətəndaşları, terrorçunun azad edilməməsi üçün imzatoplama kampaniyasına başlayıblar.
Qeyd edək ki, Kaliforniya qubernatoru, barəsinə 27 dekabr 2019-cu ildə keçirilən məhkəmə iclasında şərti azadlığa buraxılma qərarı çıxarılan Sasunyanın azad edilməsi üçün son qərarı vermək səlahiyyətinə malikdir.