Türkiyənin üç hərbçisi şəhid olub

Dünya

27.11.2022 - 12:19

Akar davam edən antiterror əməliyyatının Koordinasiya Mərkəzinə gedib

Türkiyə ordusunun İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı davam edir. AYNA xəbər verir ki, hərbi birliklər terrorçuların hücumuna məruz qalıb.

Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, terrorçuların açdığı atəş nəticəsində 3 türk hərbçi həlak olub, ikisi yaralanıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar davam edən antiterror əməliyyatının Koordinasiya Mərkəzinə gedib. Antiterror əməliyyatları davam edir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə