Türkiyənin səhiyyə naziri koronavirusa yoluxub

Dünya

01.09.2022 - 00:23

Nazir işlərinə onlayn qaydada davam edəcəyini deyib

Türkiyənin səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxub. AYNA  xəbər verir ki, bunu Fahrettin Koca "Twitter" səhifəsində bildirib.

"Beş gün əvvəl COVID-19 testim müsbət çıxdı. Epidemiya ilə mübarizə qədər vacib hesab etdiyim işi onlayn görüşlərlə davam etdirirəm. Tezliklə dostlarım arasında olacağam", - nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş