Səfirlik heyəti ilə görüşdən sonra Cahid Bağcı Bakıdakı səfir vəzifəsinə başlayıb
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı öz işinə başlayıb. AYNA bildirir ki, bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Xəbərdə qeyd edilib: "Dr. Cahid Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəlib və Səfirlikdə səfirlik personalı tərəfindən qarşılanıb. Səfirlik heyəti ilə görüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başlayıb".