Türkiyəli psixoterapevtlər Azərbaycanda reabilitasiyaya başlayıblar

Cəmiyyət

28.01.2021 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

Artıq 100-ə yaxın Vətən müharibəsi iştirakçısına, qaziyə, şəhid ailəsinə psixoterapevtik yardım göstərilib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.

 

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yanvarın 22-dən etibarən FHN-in 112 – qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən müharibəsi iştirakçısına, qaziyə, şəhid ailəsi üzvünə, erməni terrorundan zərər görmüş insanlara psixoterapevtik yardım göstərilib.

 

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in 112 - qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş