Xəsarət alanların sayı 19-a çatıb
Mərkəzi Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınan güclü zəlzələdən zərər çəkən 19 nəfərdən 4-ü artıq evə buraxılıb.
AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu açıqlama verib.
Qeyd edək ki, Balıkesirin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ səbəbilə şəhər üzrə təhsilə bir gün fasilə verilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesirdə zəlzələ nəticəsində 4 binanın uçduğunu açıqlayıb. O həmçinin zəlzələnin fəsadlarına dair araşdırmaların davam etdirildiyi qeyd edib.
İstanbul valiliyi də Sındırgı bölgəsində baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb. Valilik İstanbulda hər hansı dağıntı və tələfat barədə məlumatın daxil olmadığını açıqlayıb.
Qeyd edək ki, dünən Balıkesirin Sındırqı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerin 5,99 km dərinliyində baş verib.
Zəlzələ Balıkəsirlə yanaşı, İstanbul, Manisa, İzmir və Aydın kimi vilayətlərdə də hiss olunub. Zəlzələ yerli vaxtla saat 22:48-də qeydə alınıb.