Türkiyədə zəlzələ olub

Dünya

19.06.2021 - 17:08

Zəlzələnin gücü 3,9 bal olub

 

İstanbulun Mərmərə bölgəsində zəlzələ olub. AYNA Türkiyə mətbuatina istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb.

 

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş