Türkiyədə zəlzələ nəticəsində dağıntılar olub, xəsarət alan var

Dünya

18.04.2024 - 22:58

Təbii fəlakət zamanı bir nəfər xəsarət alıb

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.

Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.

Müəllif: Ayna.az